Səudiyyə Ərəbistanının Kralı Azərbaycan Prezidentini təbrik edib


Siyasət 26 May 2020 19:38:35 144 0

Səudiyyə Ərəbistanının Kralı Azərbaycan Prezidentini təbrik edib

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud&Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə&təbrik məktubu ünvanlayıb.

Prezident İlham Əliyev

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al SəudAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevətəbrik məktubu ünvanlayıb.

"Report" xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri, Qardaşım İlham Heydər oğlu Əliyev.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və Hökuməti adından, şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının hökumətinə və xalqına davamlı inkişaf və firavanlıq arzu edirəm".