İnstaqramdakı canlı yayımını 3 milyondan çox insan izlədi


Şou-biznes 26 May 2020 18:45:00 165 0

İnstaqramdakı canlı yayımını 3 milyondan çox insan izlədi

TV8 kanalının sahibi Acun Ilıcalı "Survivor" yarışmasının iştirakçıları ilə növbəti dəfə İnstaqramda canlı yayım edib.

Son.az axşam.az-a istinadən bildirir ki,13,1 milyon izləyicisi olan aparıcı veriliş zamanı yeni rekorda imza atmaq istədiyini bildirib.

Acunun açdığı canlı yayımı 5 dəqiqə ərzində 3 milyondan çox insan izləyib. O, bu rəqəmlə İnstaqramın canlı yayımında dünya rekordu qırıb.

Qeyd edək ki, aparıcının mayın 14-də 72 dəqiqə davam edən canlı yayımını 1 milyondan çox insan izləmişdi.