Mingəçevirdə məcburi köçkün intihar etdi


Digərləri 26 May 2020 18:52:00 253 0

Mingəçevirdə məcburi köçkün intihar etdi

Mingəçevirdə intihar hadisəsi baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə avtovağzalın yaxınlığında köhnə tikilidə baş verib.

Yeni köçkün şəhərciyində yaşayan, Ağdam rayonundan olan məcburi köçkün Vüqar Nəbiyevin meyiti asılmış vəziyyətdə aşkar edilib.

Onun ölümünün səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.