Üzərində az nəcasət olan paltarda dəstəmaz almaq olarmı?


Digərləri 26 May 2020 19:10:00 145 0

Üzərində az nəcasət olan paltarda dəstəmaz almaq olarmı?

Üzərində az nəcasət olan paltarda dəstəmaz almaq olarmı? Dəstəmaz üzvlərindən başqa bədən üzvü (məsələn, beli, qıçı, övrəti) nəcasətə bulaşmış şəxs dəstəmaz ala bilərmi?

Dəstəmazın düzgün olması üçün zəruri olan şərtlərdən biri dəstəmaz üzvlərinin, yəni dəstəmaz zamanı yuyulan və məsh çəkilən üzvlərin pak olmasıdır. Buna görə də dəstəmaz almazdan qabaq, yuyulan və məsh edilən üzvləri pak etmək lazımdır. Qalan bədən üzvlərinin və paltarın bulaşıq olması dəstəmazı batil etməz. Əgər sidik və nəcisin çıxdığı yerləri yumamışsa, dəstəmazdan əvvəl onları yuyub pak etməsi məsləhətdir.

Nəzərə almaq lazımdır ki, namaz zamanı bütün bədənin və paltarın pak olması şərtdir. Ona görə də hətta dəstəmaz alan zaman paltarı murdar olan adam namazdan qabaq mütləq onu pak etməli və ya dəyişməlidir. Qeyd edək ki, dəstəmaz alan zaman libasın və bədənin murdarlığa bulaşıq olması sadəcə icazədir, bəyənilən hal deyil.