“Peyvənddən sonra uşağım özünə gələ bilmir” FOTO


Şou-biznes 26 May 2020 18:50:00 237 0

“Peyvənddən sonra uşağım özünə gələ bilmir”  FOTO

Ailə qurub Türkiyəyə köçən aktrisa Cəmilə Tağızadə ailəsi ilə birgə paylaşım edib.

Son.az axşam.az-a istinadən bildirir ki, sənətçi övladı Abdullah Cəsurun səhhəti ilə bağlı problemlər yaşadığını yazıb:

"Gedəndə gülərək getdik, gələn gündən uşağın peyvəndi hamımızı ağlar qoydu. 4-cü ayın peyvəndini vurdurduq. Hər dəfə uşaq özünə gələ bilmir. Bu dəfə isə daha ağır oldu. Günlərdir nə süd əmir, nə də doğru düzgün qidalanmır. Hərarəti tez-tez enir-qalxır. Narahatdır, düzgün yatmır, çox ağlayır".

Qeyd edək ki, C.Tağızadə 2017-ci ildə Murad Təmiz adlı həkimlə ailə qurub və İstanbula köçüb.