Oğullarının adını dəyişdirdilər FOTO


Digərləri 26 May 2020 18:20:00 180 0

Oğullarının adını dəyişdirdilər  FOTO

Milyarder İlon Mask mayda dünyaya gələn oğlunun adını dəyişdirmək məcburiyyətində qalıb.

Son.az axşam.az-a istinadən bildirir ki, buna səbəb simvollardan ibarət adın Kaliforniya qaydalarına zidd olmasıdır.

Sevgilisi Qraymesdən dünyaya gələn övladına "X Æ A-12" adını verən Mask ona yeni ad seçib. Uşağın yeni adı isə "X Æ A-Xii"dir.

Qeyd edək ki, cütlük 2018-ci ildən birlikdədir. Üç dəfə boşanan Maskın daha öncəki evliliklərindən beş oğlu da var.