FİFA qadın futbolçuları zorlayan federasiya prezidentini cəzalandırdı
Dünya 26 May 2020 17:20:00 154 0
Haiti Futbol Federasiyasının prezidenti Yves Jan-Bart 90 gün müddətinə vəzifəsindən uzaqlaşdırılıb.
Son.az apasport.az-a istinadən bildirir ki, buna səbəb onun qadın futbolçuları təcavüz etməsi iddiasının ortaya atılmasıdır.
Jan-Bart Haitinin qadınlardan ibarət millisinin bir neçə oyunçusunu zorlamaqda ittiham olunur. Hazırda bununla bağlı istintaq davam etdirilir. FİFA da istintaq müddətində onun səlahiyyətlərini yerinə yetirməməsini məqsədəuyğun bilib. Jan-Bart qarşıdakı 3 ay ərzində prezidentlik vəzifəsini icra edə bilməyəcək.
Qeyd edək ki, Yves Jan-Bart 20 ildir Haiti Futbol Federasiyasına rəhbərlik edir.
Mənbə: milli.az