Rusiyada iyunun 24-də Qələbə Paradı keçiriləcək


Dünya 26 May 2020 16:50:50 177 0

Rusiyada iyunun 24-də Qələbə Paradı keçiriləcək

Rusiyada Böyük Vətən Müharibəsinin 75 illiyinə həsr olunan Qələbə paradı iyunun 24-də keçiriləcək

Rusiyada Böyük Vətən Müharibəsindəki qələbənin 75 illiyinə həsr olunan parad iyunun 24-də keçiriləcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu ölkə prezidenti Vladimir Putin açıqlayıb.

Məlumata görə, “Ölümsüz alay” marşı isə ondan 1 ay sonra – iyulun 26-da keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Rusiyada koronavirus pandemiyası ilə əlaqədar 9 May Qələbə Günündə kütləvi tədbirlər ertələnmişdi.