Domino's kuryerinin ölümü ilə bağlı açıqlama yaydı: ""30 dəqiqə Çatdırma kampaniyası” ilə əlaqəli..."


Digərləri 26 May 2020 16:45:00 183 0

Domino's kuryerinin ölümü ilə bağlı açıqlama yaydı: ""30 dəqiqə Çatdırma kampaniyası” ilə əlaqəli..."

Domino's Pizza şirkətinin kuryeri Ülvi Məmmədovun qəzada vəfat etməsi cəmiyyətdə şirkət rəhbərliyinə qarşı etirazlara səbəb olub. 

İddia edilir ki, gənc Ülvi şirkət rəhbərliyinin qoyduğu sərt tələblər səbəbindən qəzaya düşüb. Belə ki, pizzanı "30 dəqiqə Çatdırma kampaniyası" çərçivəsində ünvana aparan kuryer məcburən qaza basmalı olub. Qeyd edilir ki, rəhbərlik pizza ünvana zamanında çatmadığı təqdirdə kuryerləri madiyyatla cəzalandırır ki, bu da əməkdaşların əksər hallarda yol hərəkətlərini pozması, sürət həddini aşmasına səbə olur.

Şirkət isə iddiaların heç biri ilə razılaşmır. Son.az-a göndərilən məlumatda belə informasiyalar yayanlara hətta hüquqi dildə cavab veriləcəyi deyilir:     

"İlk öncə 23 mayda baş verən ağır qəza Domino's ailəsinin böyük itkisidir. Qəzada həyatını itirən əməkdaşımız Ülvi Məmmədov uzun müddətdir bizimlə çalışırdı. Yaşanan bu ağır itkidə əməkdaşımızın ailəsinə və bütün Domino's ailəsinə dərin hüznlə baş sağlığı veririk.

İctimaiyyətdən xahiş edirik ki, əməkdaşımızın ailəsinin və Domino's ailəsinin bu hüznlü günündə həssaslığımızı anlayışla qarşılayasınız.