Spiker və müavinlərinin rəsmi maaşı ilə bağlı


Digərləri 26 May 2020 16:10:00 156 0

Spiker və müavinlərinin rəsmi maaşı ilə bağlı

Sosial şəbəkələrdə Milli Məclisin spikeri və deputatlarının aylıq vəzifə maaşlarının artırıldığı ilə bağlı məlumatlar paylaşılıb.

Məlumatda qeyd olunur ki, Milli Məclisin sədri 7424 manat, sədrin birinci müavini 6680 manat, sədrin müavini 6308 manat, komitə sədri 5940 manat, komitə sədrinin müavini 5568 manat və sıravi deputat isə 5196 manat əməkhaqqı alır.

Son.az xəbər verir ki, Milli Məclisin Mətbuta və ictimaiyyətlə əlaqələr şöbəsi yayılan məlumatlarla bağlı açıqlama yayıb.

Bildirilir ki, Milli Məclis Sədrinin, onun birinci müavininin və müavinlərinin, Milli Məclisin komitə sədrləri və deputatların vəzifə maaşlarının artırılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir. "Milli Məclis deputatının statusu haqqında" qanunun 21-ci maddəsində qeyd edilib ki, Milli Məclisin Sədri 2 475 manat miqdarında aylıq vəzifə maaşı alır.