Cəlilabadda tapılan meyitin kimliyi məlum oldu


Digərləri 26 May 2020 16:12:00 172 0

Cəlilabadda tapılan meyitin kimliyi məlum oldu

Cəlilabadda tapılan meyitin kimliyi məlum olub.

Son.az APA-ya istinadla bildirir ki, dünən Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin taxıl sahəsinin kənarında meyiti tapılan şəxsin Göytəpə şəhər sakini, 1963-cü il təvəllüdlü Tacəddin Ağalar oğlu Kərimov olduğu müəyyən edilib.

Meyit tapılarkən üzərində xəsarət əlamətləri olmayıb. Onun yüksək dozalı narkotik qəbul etdikdən sonra öldüyü bildirilir.