Gürcüstanda koronavirusa yoluxanların sayı 732 nəfərə çatıb


Dünya 26 May 2020 16:18:00 120 0

Gürcüstanda koronavirusa yoluxanların sayı 732 nəfərə çatıb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 1 yoluxma halı qeydə alınıb.

Son.az APA-ya istinadla bildirir ki, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da Gürcüstanda virusa yoluxanların sayı 732 nəfərə çatıb.

Qeyd olunub ki, Gürcüstanda koronavirus səbəbi ilə 3076 nəfər karantində saxlanılır, 300 nəfər isə stasionar şəraitdə müalicə olunur. Virusa yoluxanlardan 537 nəfər sağalıb, 12 nəfər isə vəfat edib.