Türkiyə Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi vəfat etdi


Dünya 26 May 2020 16:20:00 151 0

Türkiyə Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi vəfat etdi

Türkiyə Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi, ordu generalı İsmayıl Hakkı Karadayı vəfat edib.

Son.az bildirir ki, APA-nın CNN TÜRK-ə istinadən verdiyi məlumata görə, İsmayıl Hakkı Karadayı 88 yaşında İstanbulda yerləşən xəstəxanalardan birində dünyasını dəyişib.

O bir neçə gün əvvəl yüksək hərarətlə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, İsmayıl Hakkı Karadayı 1994-1998-ci illərdə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olub.