Oleq Kuznetsov: "Rusiyanın ən yaxın müttəfiqi Azərbaycandır"


Siyasət 26 May 2020 15:59:15 167 0

Oleq Kuznetsov: "Rusiyanın ən yaxın müttəfiqi Azərbaycandır"

“Rusiya ilə Azərbaycan arasında, iki ölkənin xalqları arasında yüksək səviyyəli inteqrasiya bərqərar olub. Hazırda Rusiyanın Azərbaycandan daha yaxın müttəfiqi olmadığı obyektiv həqiqətdir”.

Oleq Kuznetsov

“Rusiya ilə Azərbaycan arasında, iki ölkənin xalqları arasında yüksək səviyyəli inteqrasiya bərqərar olub. Hazırda Rusiyanın Azərbaycandan daha yaxın müttəfiqi olmadığı obyektiv həqiqətdir”.

“Report”un Rusiya bürosu xəbər verir ki, bu fikirləri Moskvada Azərbaycanın 28 May -Respublika Günü münasibətilə onlayn formatda keçirilən “Azərbaycan dövlətçiliyinin ildönümü: nailiyyətlər, problemlər, Rusiya Federasiyasıilə əməkdaşlığı” adlı konfransında rusiyalı politoloq Oleq Kuznetsovsöyləyib.

“Əqli, maliyyə, əmtəə mübadilələrinin uzun ənənələrə söykənməsi ölkələrimizi bir-birinə hər hansı siyasi mənafedən daha möhkəm bağlayır. İki yüzillik müştərək tariximiz nəticəsində xalqlarımız arasında elə sarsılmaz tellər yaranıb ki, onu qırmaq qeyri-mümkündür”, – o deyib.

Politoloq Azərbaycanla Rusiyanın həm də nasizmi tərənnüm edənlərə qarşı mübarizədə müttəfiq olduqlarını diqqətə çatdırıb:

“Hər iki xalq bu hala eyni dərəcədə mənfi baxır. Rusiya Federasiyasında nəinki nasizmin tərənnümünə qarşı, həm də erməni nasizm ideologiyasını rəhbər tutan, ondan ilhamlanan erməni millətçilərinin pozucu fəaliyyətinə qarşı məqsədyönlü siyasət yeridilir. Bu yaxınlarda Armavir şəhərində Njdehə həsr olunan xatirə lövhəsi söküləndən sonra polis xüsusi əməliyyat keçirdi və bunun nəticəsində 15-dən çox erməni ekstremisti Rusiya ərazisindən sürgün edildi”.

Müəllifi olduğu “Ermənistanda nasizmin tərənnümü dövlət siyasətidir” adlı kitabın ötən həftə Qazaxıstanda rus və ingilis dillərində nəşr olunduğunu bildirən ekspert bu kitabı Rusiyada yaymaq fikrində olduğunu vurğulayıb.