İranda koronavirusa yoluxanların sayı 140 minə çatıb


Dünya 26 May 2020 15:46:00 127 0

İranda koronavirusa yoluxanların sayı 140 minə çatıb

İranda koronavirusa yoluxanların sayı 140 minə çatıb.

İranda ötən sutka ərzində daha 1 787 nəfərin koronavirusa (COVID19) yoluxması ilə ümumilikdə indiyədək bu virusa yoluxanların sayı 139 511 nəfərə çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpur deyib. Onun sözlərinə görə, virus daşıyıcılarından 2 567 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Cahanpur əlavə edib ki, ötən 24 saat ərzində daha 57 nəfərin koronavirusdan ölməsi öz təsdiqini tapıb. Beləliklə, İranda bu virusdan ölənlərin sayı 7 508 nəfərə yüksəlib.

Nazirlik rəsmisi ölkədə indiyədək 109 437 nəfərin koronavirusdan sağaldığını deyib.