Bakının təhlükə saçan eyvanları:


Digərləri 26 May 2020 14:34:00 158 0

Bakının təhlükə saçan eyvanları:

Bu günlərdə paytaxtın Nərimanov rayonu, Təbriz 102 ünvanında köhnə tikilinin eyvanları uçaraq yerə tökülüb. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Amma ola da bilərdi. Çünki ərazi insanların kifayət qədər intensiv hərəkət etdiyi bir yerdir.

Son.az bildirir ki, mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında süjet yayımlanıb.

Sakin: "Ölüm də ola bilərdi, kimsə şikəst də qala bilərdi. Hər şey gözlənilə bilər. Ancaq ehtiyatlı olmaq lazımdır. Keçəndə də yuxarı baxmaq lazımdır. Əgər təhlükəli yerdirsə, keçmək lazım deyil".

Paytaxtda qəzalı vəziyyətdə olan binaların sayı çoxdur. Eyni zamanda, həmin binaların eyvanları da kifayət qədər təhlükəli vəziyyətdədir. Bu, həm də ondan xəbər verir ki, binaların eyvanlarının uçma hadisəsi son deyil, yenə də ola bilər.

Sakin: "1954-cü ildə tikilmiş binadır, ona görə də uçub gedir. Ona görə heç çox adam çıxmır eyvana qorxusundan".

Anar Məlikov - Ekspert: "Bina ömrünü tamam etmiş binadırsa və yaxud qəzalı vəziyyətdədirsə, mümkündür ki, bu eyvanların artıq konstruksiyaları çürüyüb. Metal hissələri artıq çürüyüb, zədələnib. Və müəyyən zaman keçdikdən sonra yoxlanıb nəzarət olunmadıqda, təbii ki, gözlənilməz təhlükələr ortalığa çıxır və eyvanlar qəfil uçur".

Ekspertin sözlərinə görə, aidiyyətı qurumlar tərəfindən mütəmadi olaraq, qəzalı vəziyyətdə olan binalar araşdırılmalı və qabaqlayıcı təhlükəsizlk tədbirləri görülməldir.