Fransalı ekspert: “Cümhuriyyətin yaradılması Azərbaycan tarixində ən böyük inqilabdır”


Siyasət 26 May 2020 14:43:09 147 0

Fransalı ekspert: “Cümhuriyyətin yaradılması Azərbaycan tarixində ən böyük inqilabdır”

“Azərbaycan Demokratik Respublikası regionda ilk dünyəvi dövlətdir. Bu, Azərbaycan tarixində ən böyük inqilabdır”.

Naim Asas

“Azərbaycan Demokratik Respublikası regionda ilk dünyəvi dövlətdir. Bu, Azərbaycan tarixində ən böyük inqilabdır”.

Bu fikirləri “Report”un Fransa bürosuna açıqlamasında Parisdə fəaliyyət göstərən Strateji Təhlil və Geosiyasi Tədqiqatlar Mərkəzinin prezidenti Naim Asas bildirib.

N.Assas Azərbaycanın mühüm strateji coğrafi mövqeyə malik olduğunu bildirib:

“Azərbaycanın Azərbaycan Demokratik Respublikası regionda ilk dünyəvi dövlət yaradıb. Buna Azərbaycanın strateji coğrafi mövqeyinin təsiri böyük olub. Belə ki, Azərbaycan tarix boyu böyük dövlətlərin əhatəsində olub. Həmçinin, multikulturalizmin inkişaf etdiyi bu ölkəyə qərb ölkələri, habelə avropalıların və amerikaların da marağı böyük olub. Azərbaycan öz növbəsində qonşuları və digər dövlətlərlə hər zaman yaxşı münasibətlərdə olmağa çalışıb. Bütün bunların nəticəsidir ki, Azərbaycanda dini hökmranlığa imkan verilməyib.“

Naim Asas

N.Assas Azərbaycanda multikulturalizmə də toxunub:

“Dünyəvilik dinə qarşı olmayıb, əksinə, dinləri, inancları müdafiə edir. Azərbaycanda mədəni, etnik və dini müxtəlifliyin olması bütün insanlar üçün birgə və ortaq olan dünyəviliyin inkifına öz müsbət təsirini göstərib. Azərbaycan Demokratik Respublikasının baniləri olan azərbaycanlı ziyalıları Qərbin və Rusiyanın ali təhsil ocaqlarında təhsil alıblar. Bu faktorlar birləşərək Azərbaycanda dünyəviliyin inkişafına səbəb olub".

N.Assas Azərbaycandakı dünyəvilik modelinin yalnız keçmişdə deyil, bu gün də digər ölkələrə nümunə olduğu fikrindədir:

“İlk respublikasnın yaranmasında 200 ildən artıq müddət keçməsinə baxmayaraq Fransada bu gün də bu kimi dəyərlərdə boşluqların olduğunu görürük. Əfqanıstan və bəzi bir sıra ölkələrdə bir zamanlar dünyəvilik yaradılmağa nail olunmuşdusa, bu gün bu dəyərlər yoxa çıxıb. Azərbaycandakı dünyəvilik modeli isə yalnız keçmişdə deyil, bu gün də nümunə ola bilər.“