"Təəssüf ki, hətta bu xəstəliyin varlığına inanmayanlar da az deyil"


Digərləri 26 May 2020 14:27:00 149 0

"Təəssüf ki, hətta bu xəstəliyin varlığına inanmayanlar da az deyil"

Xəbər verdiyimiz kimi, Azərbaycanda mayın 25-də 149 nəfər koronavirusa yoluxub. Bundan əlavə Şamaxı Rayon İcra Hakimiyyəti əməkdaşları COVID-19 infeksiyasının qarşısının alınması tədbirləri çərçivəsində profilaktik qaydada testdən keçirilib.

Son.az xəbər verir ki, testin nəticəsinə əsasən, analiz 1 nəfərdə müsbət çıxıb və virus aşkarlanan şəxs xüsusi rejimli xəstəxanaya yerləşdirilib.

Xəstə ilə yaxın təmasda olan şəxslər, o cümlədən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı və icra hakimiyyətinin əməkdaşları hazırda özünü izolyasiya qaydalarına uyğun olaraq karantindədir. Kürdəmir rayonunda isə 60-dan çox insan koronavirusa yoluxub.

Azərbaycanda bölgələrdə və Bakıda yenidən karantin rejimi sərtləşdirilə bilərmi?

Bununla bağlı "sonxeber.az"a danışan deputat İqbal Məmmədov bildirib ki, bu tip qərarları Nazirlər Kabineti yanında Operativ Qərargah verir:

"Opertiv Qərargah koronavirusla bağlı dünyada və ölkədə mövcud son vəziyyəti analiz edir, yoluxma dinamikasına uyğun qərarlar verirlər.

Bilirsiniz ki, cənab prezident və dövlətimiz tərəfindən zamanında atılan addımlar sayəsində koronavirusun Azərbaycanda geniş yayılmasının qarışısı alındı.

Hətta yoluxanların sayında kifayət qədər azalma var idi. Amma son həftələrin statistikası ürəkaçan deyil. Karantin rejimində edilən yumşalmalardan sonra insanlarımız artıq koronavirus yoxmuş kimi davranmağa başladı.