Xaricdəki aztəminatlı azərbaycanlılara yardımla bağlı qayda layihəsi hökumətə təqdim edilib


Siyasət 26 May 2020 14:06:51 135 0

Xaricdəki aztəminatlı azərbaycanlılara yardımla bağlı qayda layihəsi hökumətə təqdim edilib

Diasporla İş üzrə Dövlət Komitəsində (DİDK) soydaşlar və diaspor təşkilatları haqqında qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə&əlaqədar qurumların nümayəndələrinin iştirakı ilə müvafiq işçi qrup yaradılıb.

© Report

Diasporla İş üzrə Dövlət Komitəsində (DİDK) soydaşlar və diaspor təşkilatları haqqında qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədiləəlaqədar qurumların nümayəndələrinin iştirakı ilə müvafiq işçi qrup yaradılıb.

"Report" xəbər verir ki,bu istiqamətdə xarici təcrübə öyrənilərək təkliflər hazırlanıb və nəzərdən keçirilir.

Eyni zamanda, aidiyyəti dövlət qurumları ilə razılaşdırılaraqhazırlanan“Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi qaydası” layihəsi Nazirlər Kabinetinə təqdim edilib.

Qeyd edək ki, ötən il“Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi qaydası”nın formalaşdırılması üzərində işləraparılırdı.