Hindistan koronavirusa yoluxma sayına görə ilk onluğa girdi


Dünya 26 May 2020 13:41:00 156 0

Hindistan koronavirusa yoluxma sayına görə ilk onluğa girdi

Koronavirusla bağlı statistik göstəricilər gündən-günə mənfiyə doğru dəyişməkdədir.

Son.az bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatının son statistikasına görə dünya üzrə koronavirusa yoluxanların sayı 5 milyon yarımı keçib, 348 minə yaxın insan bu virus səbəbi ilə dünyasını dəyişib.

Siyahıda birinci yeri ABŞ, ikinci yeri isə Braziliya tutur. Rusiya siyahının üçüncü yerində qərarlaşıb. Qonşu ölkələrdən İran koronavirusla bağlı siyahıda ilk onluqdan çıxıb, Çin on dördüncü yerdə qərarlaşıb. Hindistan yoluxma sayına görə İranı qabaqlayıb və ilk onluğa daxil olub. O, siyahıda Türkiyədən sonra gəlir.

Hindistanda 145 456 nəfər koronavirusa yoluxub, 4172 nəfər bu virus səbəbi ilə dünyasını dəyişib.