“Əbədi məşəl”də kabab bişirdilər - VİDEO


Dünya 26 May 2020 13:25:59 186 0

“Əbədi məşəl”də kabab bişirdilər - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində bir qrup gənc “Əbədi Məşəl” üzərində kabab bişirib

Rusiyanın Sankt-Peterburq şəhərində bir qrup gənc “Əbədi Məşəl” abidəsinin üzərində kabab bişirib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə mayın 24-ü gecə saatlarında baş verib.

Görüntülər ərazidəki müşahidə kameralarında lentə alınıb.

Hazırda polis əməkdaşları tərəfindən hadisəni törədənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi, onların axtarışı və saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.

Hadisəni törədənlərəqarşı cinayət işi açılacağı gözlənilir.

Qeyd edək ki, “Fəhlə və matros məzarları üzərində əbədi məşəl” abidəsi Sankt-Peterburq yaxınlığındakı Kronştadt şəhərində yerləşir.

Юные шашлычники пожарили мясо на Вечном огне в Кронштадте. Полиция уже ищет кулинаров, которым грозит уголовка pic.twitter.com/q4q2Wp0sNo

— Лента.ру (@lentaruofficial) May 26, 2020