“Azərbaycanda saçımın tükü qədər müğənni var”


Şou-biznes 26 May 2020 13:02:00 193 0

“Azərbaycanda saçımın tükü qədər müğənni var”

Mən təkəm, bunu başa düşmək lazımdır. Ölkəmizdə barmaq sayı qədər yox, saçımızın tükü qədər müğənni var. Bunların hamısı məndən mahnı istəyir, hansına çatdırım?

Son.az axşam.az-a istinadən bildirir ki,bu sözləri "ATV maqazin onlarla" verilişinə müsahibəsində bəstəkar-müğənni Ramal İsrafilov söyləyib.

Sənətçi ondan bəstə istəyən həmkarlarının tələskənliyindən gileylənib:

"Əgər adımı tənbəl qoyublarsa, narazılıq edirlərsə, onlara səslənirəm: hamınızla çalışmaq istəyirəm. Əlbəttə sevdiyim sənətçilər var. Səbrli olsanız, mahnımı oxumaq istəyirsinizsə, o zaman gözləyəcəksiniz. Hansı tədbirə gedirəmsə, deyirlər ki, mahnı nə oldu? Mahnı bir aya ərsəyə gəlir. Bəs, mən neyləyim? Onda gərək nə öz işimə, nə şəxsi həyatıma vaxt ayırım. Normal bir iş üçün bir il vaxt tələb olunur".