Rusiyada koronavirusa daha 9 minə yaxın adam yoluxdu,


Dünya 26 May 2020 12:49:00 156 0

Rusiyada koronavirusa daha 9 minə yaxın adam yoluxdu,

Rusiyada son sutka ərzində daha 8915 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Son.az APA-ya istinadən bildirir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 362 342 nəfərə çatıb.

Son sutka ərzində 174 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 3807 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 131 129 nəfərdir.