Kosta-Rika eynicinsli nikahları qanuniləşdirdi


Dünya 26 May 2020 12:11:56 172 0

Kosta-Rika eynicinsli nikahları qanuniləşdirdi

Kosta-Rikada eynicinsli evliliklər rəsmiləşdirilib

Kosta-Rikada eynicinsli evliliklər rəsmiləşdirilib.

“Report” xəbər verir ki, bu barədə məlumatı BBC yayıb.

Məlumata görə, mayın 26-sı yerli vaxtla saat 00:01-də ilk eynicinsli nikahın rəsmiləşdirməsi baş tutub. İlk nikah iki qadın arasında olub.

Beləliklə, Kosta-Rika Mərkəzi Amerikada homoseksual evlilikləri rəsmiləşdirən ilk, Latın Amerikasında isə 6-cı ölkə olub.

Qeyd edək ki, hazırda dünyanın 12 ölkəsində eynicinsli münasibətlər ömürlük həbs və ya edamla cəzalandırılır.