“Silk Vey Holdinq”də kadr dəyişikliyi baş verib


İqtisadiyyat 26 May 2020 12:13:00 140 0

“Silk Vey Holdinq”də kadr dəyişikliyi baş verib

“Silk Vey Holdinq” MMC-yə daxil olan “Silk Vey Development” MMC-nin direktoru dəyişib

“Silk Vey Holdinq” MMC-yə daxil olan “Silk Vey Development” MMC-nin direktoru Emin Ələkbərzadə vəzifəsindən azad edilib.

“Report” xəbər verir ki, şirkətə rəhbərlik Zaur Axundova həvalə olunub.

Xatırladaq ki, “Silk Vey Development” 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 77,3 milyon manatdır. Şirkət Bakının Heydər Əliyev Beynəlxalq Aeroportunda fəaliyyət göstərir.