Rusiyada helikopter sərt eniş edib, ölənlər var - VİDEO - YENİLƏNİB


Dünya 26 May 2020 11:55:00 146 0

Rusiyada helikopter sərt eniş edib, ölənlər var  - VİDEO - YENİLƏNİB

Rusiyada helikopter sərt eniş edib.

Video əlavə olunub

***

07:47

Rusiyada helikopter sərt eniş edib.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Məlumata görə, hadisə Çukotka Muxtar Dairəsindəki hava limanında qeydə alınıb. Mi-8 helikopterinin sərt eniş etməsi nəticəsindəbir neçə nəfər həlak olub.

"Dörd nəfər həlak olub. İlkin məlumata görə, helikopterin düşməsinə texniki nasazlıqlar səbəb oldu", - müsahib agentliyə deyib.

Çukotkanın Anadır rayonunun başçısı Sergey Savçenkonun məlumatına görə, fövqəladə hadisə təmirdən sonra keçirilən sınaqlar zamanı baş verib. Helikopter yerə düşəndən sonra yanıb.

RİA "Novosti" isə bildirib ki, helikopterin "qara qutu"ları qəza yerində tapılıb.

Qeyd edək ki, bu, son günlər Rusiyada baş verən ikinci helikopter qəzasıdır. Mayın 19-daRusiya Kosmik Hava Qüvvələrinə məxsus Mi-8 hərbi helikopterinin qəzaya uğraması nəticəsində 3 nəfərhəlak olub.