Rusiyanın qənnadı şirkəti ukraynalı rəqibini məhkəməyə verib


İqtisadiyyat 26 May 2020 11:28:00 153 0

Rusiyanın qənnadı şirkəti ukraynalı rəqibini məhkəməyə verib

Rusiyanın “Rot Frot” qənnadı şirkəti “Romaşka” konfet etiketinə görə Ukraynadan olan rəqibi “Roshen” şirkətini məhkəməyə verib

Rusiyanın “Rot Frot” qənnadı məmulatları istehsalçısı“Romaşka” konfet etiketinə görə Ukraynadan olanrəqibi “Roshen” şirkətini məhkəməyə verib.

“Report” bu barədə RBK telekanalına istinadən xəbər verir.

Məlumata görə,“Rot Front” "Roshen"əüzərində çobanyastığı şəkli olan etiketi qeydiyyatdan keçirməyə qadağa qoya bilər. Çünki, alıcılar bu konfetləri səhv sala bilərlər.

Xatırladaq ki,Rusiya şirkəti qadağanın tətbiqi iləbağlı hələ 2017-ci ildə Avropa İttifaqının Ümumi Məhkəməsində iddia qaldırıb. O vaxtİddia təmin edilsə də,2018-ci ilin sentyabr ayında qərar ləğv edilib.

Qeyd edək ki, “Roshen” şirkəti Ukraynanın sabiq prezidenti Pyotr Poroşenkoya məxsusdur və ölkə ərazisində ən iri qənnadı məmulatları istehsalçısıdır. 2015-ci ildə şirkətin rəhbərliyi Rusiyada büdcə vəsaitləri ilə bağlı fırıldaqçılıqda ittiham olunub və onlaracinayət işi açılıb.