“Azərenerji” elektrik enerjisi ixracını 29% azaldıb


İqtisadiyyat 26 May 2020 10:52:00 141 0

“Azərenerji” elektrik enerjisi ixracını 29% azaldıb

“Azərenerji” elektrik enerjisi ixracını 29% azaldıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 34,3milyon ABŞ dolları dəyərində 744,8milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edib.

“Report” Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq10,8milyon ABŞ dolları (24%) və304,1 milyon kVt/saat (29%) azdır.

Hesabat dövründə elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracında 0,5%, qeyri-neft sektoru üzrə ixracında isə 6,3% paya malik olub.

Azərbaycanın elektrik enerjisi ixracatçısı “Azərenerji” ASC-dir.