Gürcüstanda koronavirusa yoluxanların sayı 732-yə çatdı


Sosial 26 May 2020 11:10:48 145 0

Gürcüstanda koronavirusa yoluxanların sayı 732-yə çatdı

Gürcüstanda daha 1 nəfərdə koronavirus aşkarlanıb.

Gürcüstanda daha 1 nəfərdə koronavirus aşkarlanıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların sayı 732-yə çatıb. Onların 537-si müalicə olunaraq sağalıb, 12-si isə dünyasını dəyişib. Aktiv koronavirus xəstələrinin sayı 183 nəfər təşkil edir.

Hazırda ölkə üzrə karantində 3 076, stasionar nəzarətdə isə 300 nəfər saxlanılır. Xaricdən gətirilən 3 Gürcüstan vətəndaşı da vətəndə koronavirusdan müalicə olunur.