Gəncədə kişini evində bıçaqlayıb öldürdülər


Kriminal 26 May 2020 10:42:00 202 0

Gəncədə kişini evində bıçaqlayıb öldürdülər

Gəncədə qətl baş verib.

Son.az APA-ya istinadla bildirir ki, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb. Belə ki, orta yaşlı kişinin meyiti evində tapılıb.

Məlumata görə, o, bıçaqla qətlə yetirilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.