Gəncədə evdən üzərində bıçaq xəsarəti olan meyit tapılıb - YENİLƏNİB


Sosial 26 May 2020 10:37:00 197 0

Gəncədə evdən üzərində bıçaq xəsarəti olan meyit tapılıb - YENİLƏNİB

Onun qətlə yetirildiyi güman edilir.

© Report

Gəncədə baş verən qətl hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, 1957-ci il təvəllüdlü Asim Yusifov yaşadığı evdə tanışı tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Faktla bağlıGəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

*** 10:09

Gəncə şəhərində mənzildən üzərində zorakılıq əlamətləri olan kişi meyiti tapılıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, şəhərin Təbriz küçəsində yaşadığı mənzildəAsim Yusifovun meyiti aşkar olunub.

Meyit müayinə üçün tibbi ekspertizaya aparılıb.Onun qətlə yetirildiyi güman edilir.

Faktla bağlı araşdırma aparılır.