Qaradağda yol qəzasında 5 nəfər ölüb


Sosial 26 May 2020 10:08:19 154 0

Qaradağda yol qəzasında 5 nəfər ölüb

"Saipa" və "Opel" 5 nəfər ölüb, 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Qaradağ rayonunda ağır yol qəzasında ölən 5 nəfərdən birinin şəxsiyyəti məlum olub.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, rayonun Müşfiqabad qəsəbəsi ərazisində "Saipa" və "Opel" markalı avtomobillərin toqquşması ilə baş verən qəza zamanı5 nəfər ölüb, 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hadisə zamanı "Saipa"-nın sürcüsü, 1956-cı il təvəllüdlüManaf Nüsubət oğluYusubov və avtomobildə olan 4 nəfər sərnişin hadisə yerində ölüblər.

Yaralılar:

1984-cü il təvəllüdlüRamil Gülhəsən oğluƏliyev,

1991-ci il təvəllüdlü Azər Mürvət oğluMusazadə.

Yaralılar Bakıdakı xəstəxanalardan birinə çatdırılıb.