Kaliforniyada kütləvi dini tədbirlərin keçirilməsinə icazə verildi


Dünya 26 May 2020 09:42:00 156 0

Kaliforniyada kütləvi dini tədbirlərin keçirilməsinə icazə verildi

ABŞ-ın Kaliforniya ştatının rəhbərliyi tərəfindən pandemiya dövründə kütləvi dini tədbirlərin keçirilməsini nəzərdə tutan tövsiyələr hazırlanıb.

Son.az APA-ya istinadla bildirir ki, sözügedən tədbirlər zamanı müvafiq ayinlərin yerinə yetirilməsi zamanı maksim 100 nəfər toplaşa bilər.

Tövsiyələrə görə, açıq havada keçiriləcək mərasimlərdə oturacaqlararası məsafənin azı 2 metr olması mütləqdir.

Bundan əlavə, virusun hava damcı yolu ilə daha sürətlə yayılma təhlükəsi səbəbindən xor ifalarına, o cümlədən dini ədəbiyyatların və yaxud ritualların icrası ilə əlaqəli digər əşyaların mübadiləsinə icazə verilmir.