Dubayda onlayn mağazalar üçün xüsusi zona tikilir


Digərləri 26 May 2020 08:41:00 165 0

Dubayda onlayn mağazalar üçün xüsusi zona tikilir

Birləşmiş Ərəb Əmirliklərində yerləşən Dubay şəhərinin səlahiyyətliləri, internet mağazalarında pərakəndə satış üçün xüsusi zona açmağı planlaşdırır.

Son.az ted.az-a istinadən bildirir ki, Dubay hökuməti "Dubai Commercity" adlı elektron kommersiya nəzərdə tutulmuş yeni sərbəst ticarət zonasını açmağa hazırlaşır.

"Dubai Commercity" internetdə pərakəndə satışın bazası rolunu oynayacaq.

Zonanın sahəsi 2,1 milyon kvadrat metr olacaq.