Almaniya hökuməti "Lufthansa"ya


Dünya 26 May 2020 09:20:00 139 0

Almaniya hökuməti "Lufthansa"ya

Almaniya hökuməti Avropanın ən böyük aviaşirkəti "Lufthansa"ya dəstək verməyi qərara alıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə aviaşirkət xəbər verib.

Dövlət dəstəyi üçün artıq iqtisadi stabilləşdirmə fondu ilə razılıq əldə edilib. Plan üzrə Almaniya hökuməti şirkətin səhmlərinin 20 faizini 300 milyon avroya alacaq. Bu şərtlə şirkətə 9 milyard dəstək paketi ayrılacaq. Hazırda razılaşmanın Avrokomissiya tərəfindən təsdiqi gözlənilir.

"Lufthansa" ilə hökumət arasında danışıqlar artıq bir neçə həftə davam edib. Aviaşirkət koronavirus pandemiyası səbəbindən baş verən uçuş fasilələrindən sonra düşdüyü çətin maliyyə vəziyyətindən çıxış yollarını axtarmaqdadır.