Samsung şirkəti ABŞın 5G smartfon bazarını zəbt etdi


Digərləri 26 May 2020 08:21:00 149 0

Samsung şirkəti ABŞın 5G smartfon bazarını zəbt etdi

Bu yaxınlarda yayımlanan məlumatda hər üç 5G smartfondan birini Huawei şirkətinin istehsal etdiyi bildirilir. Çində isə şirkət sözügedən smartfon bazarının yarısından çox hissəsinə sahibdir. Dünyanın ən nəhəng smartfon bazarlarından biri olan ABŞ-da isə mənzərə tamamilə fərqlidir.

Son.az ted.az-a istinadən bildirir ki, ABŞ-ın smartfon bazarında Samsung liderlik edir.

Strategy Analytics şirkətinin məlumatında qeyd olunur ki, cari ilin ilk rübündə ABŞ-da 5G smartfon bazarında 400 min cihaz satışa çıxarılıb. Bu göstərici ölkədəki ümumi smartfon bazarının 12%-ni təşkil edir.

Burada ən maraqlı mənzərə ölkədəki 5G telefon bazarının 94%-inin Samsung şirkətinin payına düşməsidir. Şirkətə məxsus Galaxy S20 + bazarın 40%-nə, Galaxy S20 Ultra 30%-nə, Galaxy S20 isə 24%-ə sahibdir.