ABŞ Brazilyadan gələnlərə giriş qadağasını iki gün tez tətbiq edib


Dünya 26 May 2020 08:23:00 186 0

ABŞ Brazilyadan gələnlərə giriş qadağasını iki gün tez tətbiq edib

Ağ Ev son 14 günü Braziliyadan ABŞ-a gələnlərə giriş qadağası barədə sərəncamda düzəlişlər edib.

Son.az Trend-ə istinadən bildirir ki, prezident Donald Trampın administrasiyası tərəfindən dərc edilən sərəncamda qadağanın planlaşdırılan 28 may tarixindən iki gün öncə - 26 may saat 23:59-da tətbiq edilməsı bildirilir.

Daha əvvəl D.Tramp xarici vətəndaşların koronavirusun geniş yayıldığı Braziliyadan ABŞ-a girişinə məhdudiyyətlər qoyulduğu barədə deyib. Bu qərar Braziliyanın koronavirusa yoluxma hadisələri üzrə Rusiyanı ötdüyündən sonra qəbul edilib.