HP Xeroxun 35 milyard dollarlıq təklifini qəbul etmədi


Digərləri 26 May 2020 08:15:00 209 0

HP Xeroxun 35 milyard dollarlıq təklifini qəbul etmədi

Çap sənayesinin nəhənglərindən olan Xerox Kaliforniyada yerləşən hesablama, kompüter və printer sənayesində möhürünü vuran şirkətlərdən biri Hewlett-Packard-ı (HP) almaqda israrlıdır.

HP Xerox-un yeni, 35 milyard dollarlıq təklifini rədd edib.

Şirkət əvvəlki satınalma təklifləri rədd edildikdən sonra hissənin birini 22 dollardan 24 dollara qaldırsa da, HP bu təklifi də qəbul etməyib.

HP əvvəllər rəqibi Xerox-un "düşməncəsinə" adlandırdığı təkliflərindən narahat olduğunu dilə gətirib.