"Virgin Orbit" şirkətinin raketdaşıyıcısının ilk sınağı uğursuz keçdi


Dünya 26 May 2020 07:55:00 164 0

"Virgin Orbit" şirkətinin raketdaşıyıcısının ilk sınağı uğursuz keçdi

Amerikan şirkəti "Virgin Orbit" sınaqlar zamanı "LauncherOne" raket-daşıyıcısını orbitə çıxara bilməyib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə şirkət xəbər yayıb.

"Raketin təyyarədən ayrılmağı təsdiqləndi. Lakin uçuşun ilk dəqiqələrindən sınaq dayandırıldı. Təyyarə və ekipaja hazırda təhlükə yoxdur, onlar bazaya qayıdır", - məlumatda deyilir.

Hadisənin təfərruatları barədə məlumat verilmir. Bununla belə, "Virgin Orbit" şirkəti raketin təyyarədən ayrildığından üç dəqiqə sonra problemlər haqqında xəbər verib.

Xatırladaq ki, 21 metr uzunluğu olan "LauncherOne" raket-daşıyıcısı orbitə kiçik peyklərin çatdırılması üçün nəzərdə tutulub.