Dünyada koronavirusa yoluxanların sayı 5,5 milyonu ötdü


Dünya 26 May 2020 05:49:07 125 0

Dünyada koronavirusa yoluxanların sayı 5,5 milyonu ötdü

Dünyada koronavirus qurbanlarının sayı 346 min nəfəri ötüb.

Dünyada koronavirus qurbanlarının sayı 346 min nəfəri ötüb.

Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.

Son məlumatlara görə, ayrı-ayrı ölkələrdə COVID-19 pandemiyası qurbanlarının ümumi sayı 346 893 nəfərə çatıb. Qeyd edilir ki, dünyada ümumilikdə 5 568 191 insan koronavirus analizlərinin müsbət nəticəsini alıb.

Pandemiya ərzində virusun aşkarlandığıölkələrində ümumilikdə COVID-19-a yoluxmuş 2 353 290 insan sağalıb. Hazırda 2 868 008 nəfər aktiv koronavirus xəstəsi hesab edilir. Onlardan 53 157 nəfərin vəziyyəti ağırdır.