İstanbulun rəmzləri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılacaq

Sosial 26 May 2020 00:57:19 152 0

İstanbulun rəmzləri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılacaq

Türkiyənin İstanbul şəhərinin rəmzlərindən hesab edilən “15 İyul Şəhidləri”, “Fatih Sultan Mehmet” və “Yavuz Sultan Səlim” körpüləri 28 may - Respublika Günü münasibətilə Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılacaq.

Azərbaycanın Türkiyədəki Baş konsulluğundan “Report”un yerli bürosuna verilən məlumata görə, bu tarixi kompozisiya konsulluğun təşəbbüsü, Türkiyə Cümhuriyyəti Xarici İşlər Nazirliyi (XİN), İstanbul Valiliyi və Quru yolları Baş İdarəsinin dəstəyi ilə baş tutacaq.

May ayının 27-də gecə saatlarından başlayaraq, 28 mayadək davam edəcək işıqlandırma İstanbul şəhərindəki üç körpüdə eyni anda, dörd kompozisiya üzrə dəyişəcək.

Vüsalə Abbasova