Kataraktanın yetişməyini gözləməyin Dəhşətli fəsadlar


Digərləri 25 May 2020 22:49:00 152 0

Kataraktanın yetişməyini gözləməyin  Dəhşətli fəsadlar

Gözdə katarakda diaqnozu bir çoxları üçün dünyanın sonu kimi səslənə bilər, amma kataraktanın aşkarlanması yox, onun müalicəsinin gecikdirilməsi dəhşətli fəsadlar verə bilər.

Kataraktanın cərrahi əməliyyat müalicəsi var.

Son.az medicina.az-a istinadən müalicəni gecikdirdikdə, hansı ağırlaşmaların baş verə biləcəyinizi nəzərinizə çatdırır.

1. Görmənin tam itirilməsi, korluq

Katarakta inkişaf edib irəliləməyə meyilli xəstəlikdir, zamanla xəstənin vəziyyəti düzəlməz, əksinə ağırlaşa bilər. El arasında illərdir belə bir mif gəzir ki, guya katarakta varsa, əməliyyata tələsməyib, onun tam yetiçməsini və göz büllurunun tam bulanıb, qaralmasını, bərkiməsini gözləmək lazımdır ki, bidəfəlik əməliyyatla götürülsün. Bu yanlışdır, artıq keçmişdə qalıb. Bu müddəti gözləyənə kimi görmə də zəifləyir, bəzi xəstələrdə itir və əməliyyat görməni bərpa etmir.

Bu gün müasir lazer texnologiyaları kataraktanı ən yumşaq, ən erkən mərhələsində göz büllurundan ayırmağa imkan verir. Ona görə gözləməyə dəyməz.

2. İkincili qlaukoma başlaya bilir