Bağırsaq xərçənginin 2 ERKƏN SİMPTOMU


Digərləri 25 May 2020 21:45:00 133 0

Bağırsaq xərçənginin 2 ERKƏN SİMPTOMU

Bağırsaq xərçəngi və ya kolorektal xərçəng zamanı bədxassəli şiş yoğun və ya düz bağırsaqda inkişaf edir. Təəssüf ki, bir çox digər xərçəng növləri kimi bağırsaq xərçəngi də ilkin mərhələlərdə özünü demək olar büruzə vermir.

Mütəxəssislərin müşahidələrinə görə, qarında daim diskomfort hissinin olması bu xərçəng növünün ən erkən simptomlardan sayıla bilər.  

Xərçəng hüceyrələri sürətlə artaraq sağlam hüceyrələr və toxumalarını məhv etməyə başlayır. Bunun nəticəsində insan qarın boşluğunda daim diskomfort hiss etməyə, köpdən əziyyət çəkməyə başlayır.

Son.az saglamolun.az-a istinadən bildirir ki, ikinci erkən simptom səbəbsiz keçməyən yorğunluqdur. Bunun səbəbi daxili qanaxma və xərçəng hüceyrələrinin artması nəticəsində orqanizmdə qidalı maddələrin çatışmazlığıdır.