Uşaqların inkişafı üçün LAZIM OLAN 10 QİDA


Digərləri 25 May 2020 21:20:00 140 0

Uşaqların inkişafı üçün LAZIM OLAN 10 QİDA

Balanslı qidalanma uşaqların böyüməsi və inkişafı üçün çox vacibdir. Mütəxəssislər bildirir ki, bəzi məhsullara uşaqlıq çağında daha çox üstünlük vermək lazımdır, çünki onların təsiri sağlamlığı müəyyənləşdirir.

Son.az oxucuları məşhur dietoloq Ferin Batmanın uşaqlar üçün hazırladığı faydalı qidalar siyahısı ilə tanış edir.

1. C vitamini ilə zəngin məhsullar

Bədəni toksinlərdən təmizləmək və immuniteti gücləndirmək üçün C vitamini ehtiyacı qarşılanmalıdır. Bunun üçün bütün fəsillərdə gün ərzində 2 -3 meyvə uşaq rasionuna daxil edilməlidir. Uşaqların şirniyyat istəklərini qarşılamaq üçün meyvə çərəzləri, meyvəli dondurma və smuzilərdən də istifadə edilə bilər.

2. Yulaf

Yulaf, B vitamini, dəmir, sink və kalsium ilə zəngin əla səhər yeməyi seçimidir. Karbohidrat və lif tərkibli şorbalar da uşaqlara enerji verir.

3. Yumurta

Yumurta zülal mənbəyidir. Eyni zamanda B, E vitamini və dəmirlə zəngindir. Uşaq menyusunda ət, balıq, yumurta, paxlalı və qoz-fındıq kimi protein mənbələrinə üstünlük verilməsi vacibdir. Kiçik yaşlı uşaqlara yumurta sarısı faydalıdır.

4. Qoz-fındıq

Uşaqlar həm yağa, həm də zülala ehtiyac duyduqları üçün qoz-fındıq onlar üçün sağlamlıq mənbəyidir.

5. Süd və süd məhsulları

Süd məhsulları uşaq menyusuna əlavə edilməlidir.

6. Brokoli