Mədəbağırsaq xəstəliklərinin təbii dərmanı


Digərləri 25 May 2020 20:35:00 146 0

Mədəbağırsaq xəstəliklərinin təbii dərmanı

Əzgil kimyəvi tərkibə görə almaya bənzəyir, çox faydalı meyvədir.

Son.az saglamolun.az-a istinadən bildirir ki, onun tərkibində şəkərlər, meyvə turşuları, C, B qrupu vitaminləri, beta-karotin (A vitamini), fol turşusu, pektinlər, fitonsidlər, büzücü maddələr, çoxlu sayda müxtəlif minerallar (kalium, kalsium, fosfor, dəmir, maqnezium, sink, mis, selin və s.) var.

Əzgil mədə-bağırsaq sisteminin həkimidir. Kalı ishalı müalicə edir, bağırsaqları yığır, dəymiş əzgil isə əksinə qəbizlikdən azad edir, bağırsaqları çox yaxşı təmizləyir. O, pektinlərlə zəngindir. Bu maddələr orqanizmdə yığılan ziyanlı maddələri (toksinlər, radionukleidlər, ağır metalların duzları və s.) xaric edir. Bu meyvəni uzun müddət ərzində qəbul edən insan orqanizmi əsaslı şəkildə təmizləyə bilər.