ÜST koronavirusun müalicəsi üçün nəzərdə tutlan hidroksixloroxin və xloroxinin sınaqlarını dayandırıb


Digərləri 25 May 2020 20:50:00 168 0

ÜST koronavirusun müalicəsi üçün nəzərdə tutlan hidroksixloroxin və xloroxinin sınaqlarını dayandırıb

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun müalicəsi üçün nəzərdə tutulan hidroksixloroxin və xloroxinin sınaqlarını müvəqqəti olaraq dayandırdı.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ÜST-ün baş direktoru Tedros Adhanom Gebreyesus brifinqdə bildirib.

"İcra qrupu həmrəylik sınaqları çərçivəsində hidroksixloroxin və xloroxinin istifadəsini müvəqqəti dayandırdı. Bunula birgə dərmanlar autoimun və malyariya xəstələri üçün etibarlı sayılmağa davam edir", - baş direktor qeyd edib.