Evdə virusların toplandığı əsas NÖQTƏLƏR SİYAHI


Digərləri 25 May 2020 19:11:00 142 0

Evdə virusların toplandığı əsas NÖQTƏLƏR  SİYAHI

Gündəlik fəaliyyət zamanı toxunduğunuz onlarla yer var. Daim istifadə olunan bu yerlər təmizlik zamanı unudulursa, viruslar, bakteriya və mikroblar çoxalmağa başlayır.

Son.az təmizlənməsi vacib olan yerlərin siyahısını təqdim edir.

Pəncərə tutacaqları

Xəstəliklərin qarşısını almaq üçün gün ərzində müəyyən fasilələrlə otağı havalandırmaq lazım olur. Bu səbəblə pəncərələri açarkən və bağlayarkən tutacaqlarla təmas yaranır. Onları hər gün antibakterial məhlulla silmək tövsiyə edilir.

Şkaf tutacaqları

Paltarınızı hər gün dəyişdiyinizi düşünsək, gün ərzində toxunduğunuz yerlərdən biri də şkaf tutacaqları olacaq. Tutacaqların üzərində bakteriyaların olduğunu nəzərə alaraq onları təmizləməyi unutmasanız yaxşı olar.

Sabun qabları

Əllərinizi təmizləmək üçün toxunduğunuz sabun dispenser başlığı virusların yaşaya biləcəyi yerlərdən biridir. Bu səbəblə vanna otağını təmizləyərkən sabun qablarını da silməyiniz məsləhətdir.

Elektrik yuvaları

Evdə yaşayan hər bir insanın gün ərzində ən azından bir dəfə toxunduğu elektrik yuvaları təmizlənməsi vacib yerlərdən biridir.