Yaşayış binasında yanğın olub


Digərləri 25 May 2020 19:49:00 166 0

Yaşayış binasında yanğın olub

Qazax rayonunda, ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində, ümumi sahəsi 24 m² mənzilin qarşısına artırılan aynabəndin yanar konstruksiyaları 12 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.