Türkiyədə təyyarə və qatar biletlərinin satışına başlanıb


Dünya 25 May 2020 19:59:00 183 0

Türkiyədə təyyarə və qatar biletlərinin satışına başlanıb

Türkiyədə COVID-19 pandemiyası ilə əlaqədar dayandırılan dəmir yolu, sürətli qatar və təyyarə reysləri bərpa edilir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu gündən etibarən ölkədə dəmir yolu və sürətli qatar biletlərinin satışına başlanıb. Türkiyədə dəmir yolu səfərlərinin mayın 28-dən, aviareyslərin isə iyunun 4-dən etibarən başlaması nəzərdə tutulur.

Biletlər ilkin mərhələdə yalnız onlayn sistemlə satılacaq.

Səfərlər qabaqlayıcı tədbirlər çərçivəsində baş tutacaq.