Naxçıvan-Bakı-Naxçıvan təyyarə reyslərinin açılması ilə bağlı müraciət edildi

Siyasət 25 May 2020 19:38:09 140 0

Naxçıvan-Bakı-Naxçıvan təyyarə reyslərinin açılması ilə bağlı müraciət edildi

Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov nümayəndəliyə olan çoxsaylı müraciətlərlə bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargaha Naxçıvan-Bakı-Naxçıvan istiqamətində təyyarə reyslərinin açılması ilə bağlı məktubla müraciət edib.

"Report"xəbər verir ki, bu barədə daimi nümayəndəliyin rəsmi saytında (ndn.az) məlumat yerləşdirilib.

Qeyd edək ki, 2020-ci il aprel ayının 5-də COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə, Naxçıvan-Bakı-Naxçıvan istiqamətində təyyarə reysləri dayandırılıb.